Afrika Kubokunun 3-cü yer uğrunda matçında Misir və Nigeriya yığmaları üz-üzə gəlib.
QELEBE.AZ xəbər verir ki, əsas və əlavə vaxtda qapılara qol vurulmayıb – 0:0.
Qarşılaşmanın taleyi penaltilər seriyasında həll olunub. Daha dəqiq oynayan Nigeriya yığması 4:2 hesabı ilə qalib gələrək turniri üçüncü pillədə başa vurub.
Beləliklə, Misir millisi Afrika Kubokunu medalsız tərk edib, Nigeriya isə bürünc mükafata sahib çıxıb.