Qelebə.az / A Seriyası: “Milan”dan minimalhesablı qələbə

A Seriyası: “Milan”dan minimalhesablı qələbə

19-01-2026, 01:43

İtaliya A Seriyasında XXI turun oyunları davam edir.

QELEBE.AZ xəbər verir ki, günün ilk qarşılaşmasında “Parma” doğma meydanda “Cenoa”nı qəbul edib.

Gərgin mübarizə şəraitində keçən oyunda tərəflər hesabı aça bilməyib – 0:0.

Günün son matçında isə “Milan” öz meydanında “Leççe” ilə üz-üzə gəlib. Qarşılaşmanın taleyini bir qol həll edib. Matçın 76-cı dəqiqəsində Niklas Füllkruqun vurduğu qolla “rossonyerilər” minimalhesablı qələbə qazanaraq 3 xala sahib çıxıblar.

İtaliya A Seriyası
XXI tur
15:30. "Parma" - "Cenoa" - 0:0
18:00. "Bolonya" - "Fiorentina" - 1:2
21:00. "Torino" - "Roma" - 0:2
23:45. "Milan" - "Leççe" - 1:0

Geri qayıt