Qelebə.az / Azərbaycan Basketbol Liqası: "Sabah" inamlı qələbə qazanıb

Azərbaycan Basketbol Liqası: "Sabah" inamlı qələbə qazanıb

1-02-2023, 20:58

Azərbaycan Basketbol Liqasında XVI tura start verilib.

"QELEBE.AZ"un məlumatına görə, açılış oyununda "AAAF Xırdalan" və "Sabah" komandaları üz-üzə gəlib.

"Sərhədçi" İdman Mərkəzində keçirilən görüşdə ikincilər parketdən 82:63 hesablı qələbə ilə ayrılıblar. Ən məhsuldar basketbolçular "AAAF Xırdalan"dan Devin Pullum (22 xal, 4 asist), "Sabah"dan isə Entoni Patti (20 xal, 13 ribaund) olublar.

Qeyd edək ki, turun "Sərhədçi PİK" - "Neftçi İK", "Zirvə Astara" - "Gəncə" və "Olimpik Şəki" - NTD qarşılaşmaları müvafiq olaraq 2, 4 və 5 fevralda oynanılacaq.

Geri qayıt