Qelebə.az / “Milan”ın futbolçusu Premyer Liqaya qayıda bilər

“Milan”ın futbolçusu Premyer Liqaya qayıda bilər

21-01-2026, 23:02

"Milan"ın yarımmüdafiəçisi Ruben Loftus-Çik İngiltərə Premyer Liqasına qayıda bilər.

QELEBE.AZ xəbər verir ki, "Mançester Yunayted" ingiltərəli futbolçunun xidmətində maraqlıdır.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

İddialara görə, "qırmızı şeytanlar" Loftus-Çiki icarəyə götürmək istəyir. 29 yaşlı oyunçunun özü də ölkəsinə qayıtmağa isti yanaşır.

Qeyd edək ki, "Milan" Ruben Loftus-Çiki 2023-cü ilin yayında "Çelsi"dən 19 milyon avroya transfer edib.

Geri qayıt