Qelebə.az / Şimanski rəsmən “Renn”də

Şimanski rəsmən “Renn”də

23-01-2026, 02:22

“Fənərbaxça”nın futbolçusu Sebastian Şimanskinin gələcəyinə aydınlıq gəlib.

QELEBE.AZ xəbər verir ki, polşalı yarımmüdafiəçi Fransanın “Renn” klubuna transfer olunub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, Liqa 1 təmsilçisi futbolçu üçün qarşı tərəfə 10,5 milyon avro ödəyib.

26 yaşlı futbolçu yeni klubu ilə 3,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, “Fənərbaxça” Sebastian Şimanskini 2023-cü ildə Moskva “Dinamo”sundan 9,75 milyon avroya transfer etmişdi.

Geri qayıt