Qelebə.az / Yelena Parxomenko “Qalatasaray”ın oyununa təyinat alıb

Yelena Parxomenko “Qalatasaray”ın oyununa təyinat alıb

26-01-2026, 20:50

Yelena Parxomenko Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti dəfə beynəlxalq yarışa təyinat alıb. 

QELEBE.AZ xəbər verir ki, o, qadın voleybolçular arasında keçirilən CEV Kubokunun pley-off mərhələsinin oyununda iştirak edəcək.

Parxomenko yanvarın 27-də İstanbulda təşkil olunacaq “Qalatasaray” (Türkiyə) – “Allianz” (Almaniya) qarşılaşmasında supervayzer kimi hakimlərin işini qiymətləndirəcək. 

Görüşün baş hakimləri portuqaliyalı Nunu Maia və kiprli Andreas Daniil olacaq.

Geri qayıt