Qelebə.az / "Arsenal"ın sabiq futbolçusu İsveçrə klubunun baş məşqçisi təyin edilib

"Arsenal"ın sabiq futbolçusu İsveçrə klubunun baş məşqçisi təyin edilib

27-01-2026, 09:59

İtaliyanın "Yuventus", İngiltərənin "Arsenal" klublarının və İsveçrə millisinin sabiq müdafiəçisi Ştefan Lixtştayner "Bazel" klubunun "sükanı arxasına" keçib.

QELEBE.AZ klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər 2029-cu ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

42 yaşlı mütəxəssis 2022-2024-cü illərdə "Bazel"in gənclər komandalarına rəhbərlik edib, daha sonra isə "Vettsvil-Bonstetten" klubunda baş məşqçi kimi fəaliyyət göstərib.

Lixtştayner "Yuventus"un heyətində yeddiqat İtaliya çempionu olub.

Geri qayıt