Qelebə.az / Mbappe Ronaldonu geridə qoydu

Mbappe Ronaldonu geridə qoydu

29-01-2026, 13:55

Kilian Mbappe UEFA Çempionlar Liqasında möhtəşəm formasını davam etdirir.

QELEBE.AZ xəbər verir ki, “Real Madrid”in ulduz hücumçusu Lissabonda “Benfika”ya qarşı keçirilən oyunda dubl edib. Madrid təmsilçisi matçda 2:3 hesabı ilə geridə olsa da, fransalı futbolçu səfərdə vurduğu iki qolla diqqət mərkəzinə düşüb.

Mbappenin bu qollarla cari mövsüm Çempionlar Liqasındakı qol sayı 13-ə yüksəlib. O, bombardirlər siyahısında böyük üstünlüyə malikdir. Erlinq Haaland və Harri Keyn isə hərəyə 7 qolla ikinci pilləni bölüşürlər.

27 yaşlı futbolçu bu göstərici ilə 2015/16 mövsümünün qrup mərhələsində 11 qol vuran Kriştiano Ronaldonu geridə qoyub.

 

Geri qayıt