“Mançester Yunayted” İngiltərə Premyer Liqasının XXVI turu çərçivəsində səfərdə “Vest Hem”lə qarşılaşıb.
QELEBE.AZ xəbər verir ki, “qırmızı şeytanlar” rəqiblə 1:1 hesablı heç-heçə edib.
Komandanın azarkeşlərindən biri olan Frenk İletin bir müddətdir gözlədiyi ardıcıl 5 qələbə seriyası yenə reallaşmayıb. Nəticədə o, saçını qırxdıra bilməyib.
Qeyd edək ki, Frenk İlet 2024-cü ilin oktyabr ayından etibarən saçını uzadır. İngiltərəli azarkeş “Mançester Yunayted”in ardıcıl 5 qələbə qazanacağı təqdirdə saçını kəsdirəcəyini bildirmişdi.
