Qelebə.az / Tofiq Musayevin növbəti rəqibi müəyyənləşib - ABŞ-da döyüşəcək

Tofiq Musayevin növbəti rəqibi müəyyənləşib - ABŞ-da döyüşəcək

14-02-2026, 23:10

Azərbaycanın və “Qəbələ” idman klubunun döyüşçüsü Tofiq Musayev UFC-nin Las-Veqas turnirində iştirak edəcək.

Apasport.az xəbər verir ki, təmsilçimiz ABŞ-da braziliyalı Samuel Sançeslə üz-üzə gələcək.

Döyüş aprelin 4-də baş tutacaq. Qarşılaşma “UFC Apex” arenasında təşkil olunacaq.

Qeyd edək ki, Musayev UFC-də iyunun 21-də Bakıda debüt edib.

Geri qayıt