Qelebə.az / “Tuluza” Messinin qol vurduğu 96-cı komanda olub

“Tuluza” Messinin qol vurduğu 96-cı komanda olub

5-02-2023, 12:04

Fransa təmsilçisi “Tuluza” Lionel Messinin qol vurduğu 96-cı komanda olub.

“Report” xəbər verir ki, bu, ölkə çempionatının XXII turunda keçirilən PSJ – “Tuluza” oyununda baş verib.

Parisdəki qarşılaşmanın 58-ci dəqiqəsində komandasına 2:1 hesablı qələbə qazandıran qolun müəllifi olan argentinalı futbolçu üz-üzə gəldiyi 113 rəqibdən 96-nın qapısına yol tapmağı bacarıb.

Qeyd edək ki, Lionel Messi bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə keçirdiyi 23 oyunda 14 qol vurub, 14 məhsuldar ötürmə verib.

Geri qayıt