Qelebə.az / Qurban Qurbanov: “Cavab oyununda daha diqqətli olmalıyıq”

Qurban Qurbanov: “Cavab oyununda daha diqqətli olmalıyıq”

23-02-2026, 14:02

“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində səfərdə “Nyukasl”la qarşılaşacaq.

QELEBE.AZ xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyunöncəsi keçirilən mətbuat konfransında bir sıra açıqlamalar verib:

"Cavab oyununa gedirik. Bir o qədər asan deyil ilk nəticəyə görə danışmaq. Lakin bu barədə fikirlərimizi bölüşməliyik. Cavab oyununda daha diqqətli olmalıyıq. Pis hazırlaşmamışıq. Baxmayaraq ki, psixoloji zədə almışdıq".

Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" görüşü fevralın 25-də, saat 00:00-da start götürəcək.

Geri qayıt