Qelebə.az / AFFA rəsmisinə UEFA-dan təyinat

AFFA rəsmisinə UEFA-dan təyinat

2-03-2026, 15:55

AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA-dan təyinat alıb.

QELEBE.AZ xəbər verir ki, AFFA rəsmisi qadınlar arasında dünya çempionatının seçmə mərhələsinin Kosovo – Cəbəllütariq oyununun UEFA nümayəndəsi olacaq.

C Liqasının 2-ci qrupunun I turu çərçivəsində keçiriləcək görüş martın 3-də Priştinada yerləşən "Fadil Vokrri" stadionunda təşkil olunacaq.

Geri qayıt