Qelebə.az / Dünya Kuboku: Azərbaycan qılıncoynadanı pley-offda uduzub

Dünya Kuboku: Azərbaycan qılıncoynadanı pley-offda uduzub

6-02-2023, 12:25

Azərbaycan qılıncoynadanı Nazilə Rəhimova Türkiyənin İstanbul şəhərində şpaqa növü üzrə gənclər arasında keçirilən Dünya Kubokunun pley-offunda mübarizəni dayandırıb.

Federasiyadan "QELEBE.AZ"a verilən məlumata görə, idmançı qız şpaqaçıların şəxsi yarışında qrup mərhələsini 3 qələbə ilə başa vurub. Pley-offda fransalı Elea Jouve ilə qarşılaşan Rəhimova rəqibinə 10:15 hesabı ilə məğlub olub.

Azərbaycanın digər təmsilçiləri Xədicə Həsənli və Azərin İdriszadə isə qrup mərhələsini adlaya bilməyib.

Qızların komanda yarışında ilk görüşdə Honkonqa 45:20 hesabı ilə qalib gələn yığma ən güclü "8-liy"ə yüksəlmək uğrunda keçirilən görüşdə turnirin qalibi Polşa yığmasına uduzub - 18:45.

Geri qayıt