Qelebə.az / "Bavariya"da şok itki: DÜNYA ÇEMPİONATINI BURAXACAQ

"Bavariya"da şok itki: DÜNYA ÇEMPİONATINI BURAXACAQ

Bu gün, 18:01

"Bavariya"nın heyətində ciddi itki baş verib.

QELEBE.AZ xəbər verir ki, Serj Qnabri sıradan çıxıb.

Bu barədə "Sky Sports" nəşri məlumat yayıb.

Almaniyalı hücumçunun sağ ayaq əzələsində yırtıq aşkarlanıb. 30 yaşlı futbolçu üç ay yaşıl meydanlardan uzaq qalacaq. Bu isə Almaniyalı millisinin üzvünün yayda keçiriləcək dünya çempionatında iştirak etməyəcəyi deməkdir.

Qeyd edək ki, "Bavairya" Serj Qnabrini 2017-ci ilin yayında "Verder"dən transfer edib. Təcrübəli futbolçu bu mövsüm Menhen təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 10 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt