İtaliya A seriyasında 33-cü tura "Leççe" - "Fiorentina" matçıyla yekun vurulub.
Apasport.az xəbər verir ki, komandalar hərəyə bir dəfə fərqlənməklə xalları bölüşüblər: 1:1.
"Fio"da Cek Herrisonun qoluna meydan sahibləri Tiaqo Qabriellə cavab verib.
Bu nəticədən sonra 28 xalla 18-ci pillədə qərarlaşan "Leççe" təhlükəli zonadan uzaqlaşa bilməyib.
"Fiorentina" 36 xalla 15-ci pillədədir.
78 xalı olan "İnter" turnir cədvəlinin vahid lideridir.