Qelebə.az / "Neftçi"yə şok cəza: 26 MİN MANAT!

"Neftçi"yə şok cəza: 26 MİN MANAT!

Bu gün, 11:52

“Neftçi” klubu cərimələnib.

Apasport.az xəbər verir ki, qərarı AFFA İntizam Komitəsi çıxarıb.

Cəzalar Misli Premyer Liqasının XXVIII turunda keçirilən “Zirə” – “Neftçi” oyununda baş verən hadisələrlə bağlı tətbiq olunub.

Baş məşqçi Yuri Vernidub və məşqçi Dmitro Kara Mustafa hakimin qərarına etiraz etdiklərinə görə qırmızı vərəqə alaraq 1 oyunluq cəzalanıblar. Bu səbəbdən klub ümumilikdə 10 min manat cərimə edilib.

Komandanın futbolçusu Breno Almeyda da qırmızı vərəqə aldığı üçün 1 oyun buraxacaq, klub isə əlavə 3000 manat cərimələnib.

Bundan başqa, azarkeşlərin davranışına görə “Neftçi” daha 12 500 manat cərimə olunub.

Qeyd edək ki, oyun 1:1 hesabı ilə başa çatıb.

Geri qayıt