Qelebə.az / "Kəpəz"də iki yeni müqavilə

"Kəpəz"də iki yeni müqavilə

Bu gün, 16:55

"Kəpəz" akademiyasının üzvləri Raul İsaqov və Şahnur İsmayılovla peşəkar müqavilə imzalanıb.

Apasport.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Hər iki futbolçu ilə anlaşmanın müddəti 2029-cu ilin yayına qədər nəzrdə tutulub.

16 yaşlı Raul hücumameyilli yarımmüdafiəçidir. 19 yaşlı Şahnur isə yarımmüdafiə xəttində oynayır. İsaqov U-17, U-19 və əvəzedicilər, İsmayılov U-19 və əvəzedicilərdən ibarət komandada çıxış edir.

Geri qayıt