Azərbaycanın akademik avarçəkənləri İtaliyada keçiriləcək "Paolo De Aloya" xatirə turnirində qüvvələrini sınayacaqlar.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Su İdman Növləri Federasiyasının mətbuat xidməti açıqlayıb.
Aprelin 24-26-da baş tutacaq nüfuzlu beynəlxalq yarışda ölkəmizi üç idmançı təmsil edəcək.
Azər İlyasov, Ziya Məmmədzadə və Nurlan Paşayev akademik avarçəkmə üzrə yığmanın baş məşqçisi Volodimir Morozovun rəhbərliyi altında mükafatlar uğrunda yarışacaqlar.