Türkiyə Super Liqasının XXXI turu çərçivəsində keçiriləcək "Qalatasaray" - "Fənərbaxça" derbisinin hakimi bəlli olub.
QELEBE.AZ xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.
İstanbul derbisini Yasin Kol idarə edəcək .
Qeyd edək ki, "Qalatasaray"-"Fənərbaxça" qarşılaşması aprelin 26-da baş tutacaq.