Qelebə.az / "Beşiktaş" gözünü kuboka dikib: "Qartallar" yarımfinalda

"Beşiktaş" gözünü kuboka dikib: "Qartallar" yarımfinalda

Dünən, 23:39

Türkiyə Kubokunda son yarımfinalçının adına aydınlıq gəlib. 

Apasport.az xəbər verir ki, mərhələnin son matçında "Beşiktaş" doğma meydanda "Alanyaspor"u qəbul edib.

Görüş meydan sahiblərinin 3:0-lıq qələbəsiylə nəticələnib.

El Bilal Ture, Hyon Gyu Oh və Orkun Kökçünün qollarıyla inamlı qələbə qazanan "Beşiktaş" yarımfinalda "Konyaspor"a rəqib olub.

Yarımfinal mərhələsinin digər cütündə "Gənclərbirliyi" və "Trabzonspor" qarşılaşacaq. 

Geri qayıt