Türkiyə Kubokunda yarımfinal görüşləri davam edir.
QELEBE.AZ xəbər verir ki, turun ikinci gününün ilk matçında Qara Dəniz derbisi baş tutub.
"Samsunspor" - "Trabzonspor" finala vəsiqə uğrunda qarşı-qarşıya gəliblər.
Oyunun normal və əlavə vaxtında hesab açılmayıb. Qalib penaltilər seriyasında bəlli olub.
Burda daha dəqiq oynayan Fatih Tekkenin "Trabzonspor"u adını finala yazdırıb: 1:3.
"Trabzonspor"un yarımfinalda rəqibi "Qalatasaray"ı keçən "Gənclərbirliyi" olacaq.