Qelebə.az / "Borussiya"nın sabiq qapıçısı karyerasını bitirəcək

"Borussiya"nın sabiq qapıçısı karyerasını bitirəcək

Bu gün, 11:48

"Bazel"in qapıçısı Marvin Hitz karyerasını başa vuracaq.

QELEBE.AZ xəbər verir ki, qolkiper cari mövsümün sonunda futbolçu həyatını sonlandıracaq.

O, peşəkar karyerasında sonuncu oyununu mayın 17-də səfərdə "Luqano"ya qarşı keçirəcək.

Hitz daha öncə "Borussiya"nın formasını geyinib. Qapıçı 2022-ci ilin yayında Dortmund klubundan "Bazel"ə transfer olunub.

O, həmçinin "Volfsburq" və "Auqsburq" klublarında da çıxış edib.

Geri qayıt