Bu gün Misli Premyer Liqasında XXIX tura start verilib.
QELEBE.AZ xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib.
"Qəbələ" "Araz-Naxçıvan"la qarşılaşıb. Görüş Qəbələ şəhər stadionunda baş tutub.
Gərgin keçən matçda qalib müəyyənləşməyib. Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Misli Premyer Liqası
XXIX tur
25 aprel (şənbə)
“Qəbələ” – “Araz-Naxçıvan” 1:1
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev
VAR: Vüqar Həsənli
AVAR: Əkbər Əhmədov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Qəbələ şəhər stadionu, 18:30