Misli Premyer Liqasının 29-cu turunda keçirilən "Sabah" – "Karvan-Yevlax" matçından (2:0) sonra Masazır təmsilçisinin polşalı sol cinah müdafiəçisi Timoteuş Puxaç "Apasport"un suallarını cavablandırıb.
– Oyunla bağlı fikirlərini bölüşərdin...
– Küləkli hava şəraiti oyuna mənfi təsir göstərirdi və topla oynamaq, ötürmə etmək olduqca çətin idi. Matçın keyfiyyəti yüksək olmasa da, bizim üçün əsas hədəf 3 xal qazanmaq idi və buna nail olduq.
– Qırmızı vərəqə epizodu haqqında fikriniz necədir? Komanda yoldaşına birbaşa "qırmızı" verilməsi ağır qərar olmadı?
– Hesab edirəm ki, qırmızı vərəqə qaydalara uyğun və ədalətli qərar idi. Rəqib oyunçu topa toxunsa da, ayağı yuxarıda qalmışdı və burulmuşdu, bu isə qayda pozuntusudur. Hakimin qərarını haqlı hesab edirəm.
– Bəs rəqibin qırmızı vərəqə almasından sonra say üstünlüyü işinizə yaradı?
– Şübhəsiz ki, 11 nəfərlə oynamaq daha asan olardı, lakin bizim komandada da qırmızı vərəqə olduğu üçün say bərabərliyi ilə davam etmək məcburiyyətində qaldıq.
– Qarşıdan "Zirə" ilə Azərbaycan Kubokunun final matçı gəlir. Bu barədə nə düşünürsən?
– Kubokun finalına hələ vaxt var, ona görə bu haqda danışmağın tez olduğunu düşünürəm. Hazırda bütün diqqətimizi "Şamaxı" ilə keçirəcəyimiz növbəti matça yönəltmişik və əsas hədəfimiz çempionat oyunlarıdır.