Qelebə.az / Türkiyənin daha bir klubu ölkə çempionatındakı çıxışını dayandırıb

Türkiyənin daha bir klubu ölkə çempionatındakı çıxışını dayandırıb

10-02-2023, 17:58

Türkiyənin "Yeni Malatyaspor" klubu zəlzələ səbəbindən bu mövsüm I Liqadakı çıxışını dayandırıb.

"QELEBE.AZ"un məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi açıqlama verib.

O bildirib ki, Malatya təmsilçisindən sonra "Adanaspor"un da çempionatdan çıxmaq üçün federasiyaya müraciət edəcəyi gözlənilir.

Daha əvvəl "Hatayspor" bu mövsüm Superliqada mübarizə aparmayacağını açıqlayıb.

Qeyd edək ki, son məlumatlara əsasən, fevralın 6-da baş vermiş zəlzələ nəticəsində 18 991 nəfər ölüb, 75 523 nəfər isə yaralanıb.

Geri qayıt