Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.
QELEBE.AZ xəbər verir ki, “Arsenal” səfərdə “Atletiko Madrid”lə qarşılaşıb.
Matça qonaqlar üstün başlayıb. İlk yarının sonlarında Viktor Gyökereş fərqlənib.
İkinci yarıda meydan sahibləri Xulian Alvarezlə bərabərliyə nail olub - 1:1.
Qeyd edək ki, mərhələnin ilk matçında son çempion PSJ “Bavariya”nı 5:4 hesabı ilə məğlub edib.
UEFA Çempionlar Liqası
Yarımfinal mərhələsi, ilk oyun
23:00. "Atletiko Madrid" – "Arsenal" 1:1
Qollar: X. Alvarez, 55-p. - V. Gyökereş, 44-p.