Qelebə.az / Acun Ilıcalının komandası pley-offda

Acun Ilıcalının komandası pley-offda

Bu gün, 18:21

Futbol üzrə İngiltərə Çempionşipində mövsümə yekun vurulub.

Apasport.az xəbər verir ki, “Fənərbaxça”nın sabiq vitse-prezidenti Acun Ilıcalının sahibi olduğu “Hall Siti” bu gün son oyununa çıxıb.

Komanda doğma meydanda “Norviç”lə qarşılaşıb. Üç qolun vurulduğu matçda ev sahibləri 2:1 hesablı qələbə qazanıb.

Bu nəticə ilə “Hall Siti” xallarının sayını 73-ə çatdıraraq turnir cədvəlini 6-cı pillədə başa vurub. Komanda Premyer Liqaya vəsiqə uğrunda pley-off mərhələsində mübarizə aparacaq.

Geri qayıt