Qelebə.az / Millimiz Avropa Kubokunun ilk günündə 3 medal qazanıb

Millimiz Avropa Kubokunun ilk günündə 3 medal qazanıb

Dünən, 23:31

Türkiyənin İstanbul şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku start götürüb.

Apasport.az xəbər verir ki, yarışın ilk günündə milli komandamız aktivinə 3 medal yazdırıb.

Nihad Məmişov (-66 kq) bütün rəqiblərini məğlub edərək qardaş ölkədə himnimizi səsləndirib. Ayxan Mirzəzadə (-60 kq) və Sadiq İsgəndərli (-66 kq) isə beynəlxalq turniri bürünc medalla başa vurublar.

Azərbaycan 1 qızıl və 2 bürünc mükafatla 27 ölkə arasında ümumi komanda hesabında üçüncü, oğlanların mübarizəsində isə ikinci pillədə qərarlaşıb.

Geri qayıt