Qelebə.az / Premyer Liqa: “Qarabağ” və “Sabah” meydana Türkiyəyə dəstək banneri ilə çıxıblar

Premyer Liqa: “Qarabağ” və “Sabah” meydana Türkiyəyə dəstək banneri ilə çıxıblar

11-02-2023, 17:04

Azərbaycan Premyer Liqasının XXII turunda keçirilən “Qarabağ” - “Sabah” matçı əvvəlcədən elan olunduğu kimi, Türkiyədə baş vermiş ağır zəlzələdən həyatını itirənlərin xatirəsinə bir dəqiqəlik sükutla başlayıb.

“QELEBE.AZ”un məlumatına görə, hər iki komanda meydana üzərində qardaş ölkəyə dəstək şüarı yazılmış bannerlə çıxıb.

“Acınızı paylaşırıq. Sizinləyik, qardaş Türkiyə!”, - bannerdəki yazıda qeyd edilib.

16:05

Azərbaycan Premyer Liqasının XXII turunda üz-üzə gələcək “Qarabağ” və “Sabah”ın start heyətləri açıqlanıb.

“QELEBE.AZ”un məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Qarabağ”: 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov (k), 77. Ramil Şeydayev, 44. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 8. Marko Yankoviç, 6. Julio Romao, 15. Leandro Andrade

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 19. Filip Ozobiç, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 7. Yassin Benzia, 87. Adama Diakabi, 99. Redon Cica

Baş məşqçi: Qurban Qurbanov

“Sabah”: 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 8. Aleksey Kaşuk

Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 11. Kristian Sebalyos, 3. Zurab Oçiqava, 99. Emmanuel Apeh

Baş məşqçi: Murad Musayev

Qeyd edək ki, “Azersun Arena”da keçiriləcək görüş saat 17:00-da başlayacaq.

Geri qayıt