Qelebə.az / Ayxan Abbasov: "Kəpəz"dəki dəyişiklikdən sonra sürprizlə qarşılaşa bilərdik"

Ayxan Abbasov: "Kəpəz"dəki dəyişiklikdən sonra sürprizlə qarşılaşa bilərdik"

9-09-2022, 20:30

"Çempionatımızda belə oyunun olması xoşdur. Azarkeşlər nəticədən asılı olmayaraq sevinirdilər. Çünki 9 ildən sonra Qərb derbisi qayıtdı".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov evdə "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VI tur oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis önəmli qarşılaşma olduğunu və qələbə qazanmaq istədiklərini bildirib: "Kəpəz"də olan dəyişikliklərdən sonra sürprizlə qarşılaşa bilərdik. Komanda tapşırıqları yerinə yetirdi. Nizam-intizamı sona qədər qoruduq. İstədiyimiz qolları vura bildik. Oyundan oyuna artırmalıyıq".

Abbasov gənc oyunçulara güvəndiyini söyləyib: "Onlar getdikcə özünəinamını artırırlar. Azarkeşlərimizi təbrik edirəm. Möhtəşəm idilər. Həqiqətən də futbola layiq atmosfer var idi. Qarşıda bizi çətin oyunlar gözləyir. Ciddi hazırlaşacağıq”.

Geri qayıt