Qelebə.az / “Adanaspor” zəlzələ ilə əlaqədar liqada çıxışını dayandırıb

“Adanaspor” zəlzələ ilə əlaqədar liqada çıxışını dayandırıb

11-02-2023, 20:08

Türkiyənin birinci liqasında çıxış edən “Adanaspor” liqadan çəkildiyini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə klub açıqlama yayıb.

“İdarə Heyətimiz tərəfindən verilən qərar nəticəsində ictimaiyyətə bildiririk ki, 2022-2023 mövsümünün qalan matçları mövcud şərtlərə görə davam etdirilə bilməz və buna görə də liqadan çəkilirik”, - açıqlamada vurğulanıb.

Xatırladaq ki, daha öncə ölkənin “Yeni Malatyaspor” və “Hatay” klubları çempionatda çıxışlarını dayandırdıqlarını elan etmişdilər.

Geri qayıt