Bu gün minifutbol üzrə Azərbaycan millisi Slovakiyada təşkil olunan Avropa çempionatında növbəti oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, komanda F qrupunda üçüncü matçında Fransa ilə qarşılaşacaq.
Görüş “Tipos Arena”da təşkil olunacaq. Matç Bakı vaxtı ilə saat 15:15-də start götürəcək.
Hazırda Azərbaycan millisi F qrupunda 6 xalla liderdir. Fransa 4 xalla ikinci, İtaliya 1 xalla üçüncü pillədə qərarlaşıb. Hər iki matçda məğlub olan Avstriyanın isə xalı yoxdur.