Qelebə.az / Vlahoviçə daha bir müştəri

Vlahoviçə daha bir müştəri

3-06-2026, 18:15

“Yuventus”un hücumçusu Duşan Vlahoviç komandanı tərk edə bilər.

Apasport.az xəbər verir ki, futbolçuya daha bir müştəri çıxıb.

Bu barədə “Tuttosport” nəşri məlumat yayıb.

“Əl-Hilal” Vlahoviçi yayda transfer etmək niyyətindədir. Onun “Yuventus”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Forvardla "Milan", "Mançester Yunayted" və "Bavariya" da yaxından maraqlanır.

Lakin Vlahoviç qərarını vermək üçün tələsmir. O, dünya çempionatının sonunu gözləyir.

Geri qayıt