İtaliya A Seriyasının XXII turunun “Sampdoriya”nın “İnter”i qəbul etdiyi matç heç-heçə başa çatıb.
“Report” xəbər verir ki, komandalar Genuyadakı “Luici Ferraris” stadionunda üz-üzə gəlib.
Baş hakim Fabio Mareskinin idarə etdiyi görüşdə “İnter” fasilə fitinə qədər “Sampdoriya”nın qapısına doğru 13 zərbə endirib, lakin onlardan yalnız üçü hədəfə çatıb, fasiləyə qədər komandalar hesabı aça bilməyib. Görüşün ikinci hissəsində “neradzurrilər” topa sahibolma üstünlüyünü davam etdirsələr də, hücumlar faktiki olaraq təhlükəli anlara gətirib çıxarmayıb. Oyun qolsuz bərabərliklə sonuclanıb.
Beləliklə, bu oyundan 1 xalla ayrılan “İnter” lider “Napoli” ilə xal fərqini 15-ə endirsə də, çempionluq şansını, demək olar, sıfıra yaxınlaşdırıb. “Sampdoriya” isə 11 xalla axırdan 19-cu pillədə (axırdan 2-ci) qərarlaşıb.