Qelebə.az / Arsen Ağcabəyov rəsmən "Şəfa"da

Arsen Ağcabəyov rəsmən "Şəfa"da

10-06-2026, 12:46

“Şəfa” daha bir transferini reallaşdırıb.

QELEBE.AZ xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Bakı təmsilçisi müdafiəçi Arsen Ağcabəyovu heyətinə qatıb.

25 yaşlı futbolçu ilə 1 ilik müqavilə imzalanıb.

O, son olaraq “Şamaxı”da çıxış edib. “Sabah”ın da üzvü olmuş azərbaycanlı futbolçu müxtəlif vaxtlarda icarə əsasında “Səbail” və “Sumqayıt”ın formasını geyinib.

Geri qayıt