Qelebə.az / "Gent" "Qarabağ"la oyun üçün Bakıya yola düşüb

"Gent" "Qarabağ"la oyun üçün Bakıya yola düşüb

15-02-2023, 12:50

Belçikanın "Gent" komandası "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu üçün Bakıya yola düşüb.

"Report" xəbər verir ki, bu barədə klubun rəsmi tviter hesabı paylaşım edib.

Saat 19:45-də baş məşqçi Heyn Vanhazebrukun mətbuat konfransı təşkil olunacaq.

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Cavab görüşü fevralın 23-də Gentdə olacaq.

Destination Baku #uecl #qargnt pic.twitter.com/VHzO07V4QG

— KAA Gent (@KAAGent) February 15, 2023
Geri qayıt