Qelebə.az / Almaniya millisinin baş məşqçisi Yulian Naqelsman istefaya göndərilib

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsman istefaya göndərilib

3-07-2026, 15:01

Almaniya millisində ayrılıq yaşanıb.

QELEBE.AZ xəbər verir ki, baş məşqçi Yulian Naqelsman istefaya göndərilib.

Bu barədə Almaniya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Baş məşqçinin 2028-ci ili yayına kimi nəzərdə tutulan müqaviləsinə vaxtından əvvəl xitam verilib.

Qeyd edək ki, Yulian Naqelsman 2023-cü ilin sentyabrından Almaniya yığmasını çalışdırırdı. Komanda DÇ-2026-nın 1/16 finalında Paraqvaya məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

Geri qayıt