Qelebə.az / Babək Quliyev Konfrans Liqası matçında

Babək Quliyev Konfrans Liqası matçında

13-07-2026, 11:57

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

Apasport.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının I təsnifat mərhələsi çərçivəsində iyulun 16-da keçiriləcək “Hamrun” (Malta) - “Runavik” (Farer adaları) görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma Ta Qali şəhərində yerləşən “Centenary” stadionunda baş tutacaq.

Geri qayıt