“Liverpul”un hücumçusu Məhəmməd Salah komandasının heyətində avrokuboklarda qolların sayına görə “qırmızılar”ın əfsanəvi kapitanı Stiven Cerrardın rekordunu qırıb.
“Report” xəbər verir ki, “Real Madrid”ə qarşı oyunda misirli 42-ci qoluna imza atıb.
Beləliklə, 31 yaşlı forvard 41 qola sahib sabiq yarımmüdafiəçi S. Cerrardı geridə qoyub.