UEFA Konfrans Liqasında 1/8 finala vəsiqə qazanan daha 3 komanda müəyyənləşib.
"QELEBE.AZ"un məlumatına görə, İsveçrənin "Bazel", Polşanın "Lex" və İtaliyanın "Fiorentina" klubları adlarını növbəti mərhələyə yazdırıblar.
"Gent" (Belçika) - "Qarabağ" (Azərbaycan) görüşündə isə ümumi hesab bərabər olduğundan əlavə vaxt oynanılır.
UEFA Konfrans Liqası
Pley-off mərhələsi, cavab oyunları
23 fevral
00:00. “Gent” (Belçika) - “Qarabağ” (Azərbaycan) - 1:0 (ƏLAVƏ VAXT)
Qol: Villi Orban, 75
İlk oyun - 0:1
00:00. “Bazel” (İsveçrə) - “Trabzonspor” (Türkiyə) - 2:0
Qollar: Zeki Amduni, 13. Andi Zekiri, 76
İlk oyun - 0:1
00:00. “Lex” (Polşa) - “Budo Qlimt” (Norveç) - 1:0
Qol: Mikael İshak, 63
İlk oyun - 0:0
00:00. “Fiorentina” (İtaliya) - “Braqa” (Portuqaliya) - 3:2
Qollar: Rolando Mandraqora, 37. Rikkardo Saponara, 58. Artur Kabral, 83 - Andre Kaştru, 17. Alvaro Calo, 34
İlk oyun - 4:0
UEFA Konfrans Liqasında daha bir komanda 1/8 finala yüksəlib.
“QELEBE.AZ”un məlumatına görə, pley-off mərhələsinin cavab oyununda öz meydanında Bolqarıstanın “Ludoqorets” klubuna qalib gələn Belçika təmsilçisi “Anderlext” növbəti raunda adlayıb.
Matçın əsas vaxtı belçikalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb. İlk görüşdə bolqarlar 1:0 hesablı qalibiyyət əldə etdiklərindən, əlavə vaxt oynanılıb. Burada da hesab dəyişməyib və penaltilər seriyasından istifadə olunub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən (3:0) “Anderlext” 1/8 finala yüksəlib.
UEFA Konfrans Liqasında pley-off mərhələsinin cavab oyunları start götürüb.
"QELEBE.AZ"un məlumatına görə, gecənin ilk matçlarından sonra 1/8 finalın daha 3 iştirakçısı bəlli olub.
İtaliyanın "Latsio", Kiprin AEK və Moldovanın "Şerif" komandaları növbəti raunda vəsiqə qazanıblar.
"Anderlext" (Belçika) - "Ludoqorets" (Bolqarıstan) matçında isə ümumi hesab bərabər (2:2) olduğundan əlavə vaxt oynanılacaq.
Qeyd edək ki, digər 4 cavab matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
UEFA Konfrans Liqası
Pley-off mərhələsi, cavab oyunları
23 fevral
21:45. “CFR Kluj” (Rumıniya) - “Latsio” (İtaliya) - 0:0
Qırmızı vərəqə: Karlo Muxar, 77
İlk oyun - 0:1
21:45. “Dnepr-1” (Ukrayna) - AEK (Larnaka, Kipr) - 0:0
İlk oyun - 0:1
21:45. “Partizan” (Serbiya) - “Şerif” (Moldova) - 1:3
Qollar: Kvensi Meniq, 13 - Sedrik Badolo, 22. Məhəmməd Diop, 45+1; 47
İlk oyun - 1:0.
21:45. “Anderlext” (Belçika) - “Ludoqorets” (Bolqarıstan) - 2:1 (ƏLAVƏ VAXT)
Qollar: Franko Russo, 13 (avtoqol). Yari Versxaren, 68 - İqor Tyaqo, 71
İlk oyun - 0:1
00:00. “Gent” (Belçika) - “Qarabağ” (Azərbaycan)
İlk oyun - 0:1
00:00. “Bazel” (İsveçrə) - “Trabzonspor” (Türkiyə)
İlk oyun - 0:1
00:00. “Lex” (Polşa) - “Budo Qlimt” (Norveç)
İlk oyun - 0:0
00:00. “Fiorentina” (İtaliya) - “Braqa” (Portuqaliya)
İlk oyun - 4:0