Qelebə.az / İdmançımız “Kinoshita Cup”da altıncı olub

İdmançımız “Kinoshita Cup”da altıncı olub

6-09-2026, 18:16

4–6 sentyabr tarixlərində Yaponiyanın paytaxtı Tokio şəhərində fiqurlu konkisürmə üzrə “Kinoshita Cup” yarışı keçirilib.

Apasport.az xəbər verir ki, turnirdə Fərdi Neytral İdmançılar (AIN) da daxil olmaqla 6 ölkədən beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş 11 idmançı mübarizə aparıb.

Azərbaycanı yarışda fiqurlu konkisürən Veronika Jilina təmsil edib.

İdmançımız 193 xal toplayaraq yekun sıralamada 6-cı yeri tutub.

Geri qayıt