Qelebə.az / Riçard Almeyda: "Bu mövsüm etdiklərimizlə qürur duymalıyıq"

Riçard Almeyda: "Bu mövsüm etdiklərimizlə qürur duymalıyıq"

24-02-2023, 18:16

"Bu mövsüm avrokuboklarda etdiklərimizlə qürur duymalıyıq".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Riçard Almeyda özünün instaqram səhifəsində yazıb.

Belçikada "Gent"ə əsas vaxtda 0:1, penaltilər seriyasında isə 3:5 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu barədə fikirlərini bölüşən braziliyalı yarımmüdafiəçi ötən gecə meydana Azərbaycan xalqını sevindirmək üçün çıxdıqlarını vurğulayıb: "Amma futbol belədir: bu gün udursan, sabah uduzursan".

34 yaşlı yarımmüdafiəçi bildirib ki, artıq yerli çempionata diqqət ayırmağın vaxtıdır: "Gələn il həmişəkindən daha güclü qayıda bilərik. Allah bilən məsləhətdir".

Bu gönderiyi Instagram'da gör

Richard Almeida ️ (@riichard20)'in paylaştığı bir gönderi

Geri qayıt