Sankt-Peterburqun “Zenit” futbol klubunun braziliyalı futbolçuları Klaudinyo və Malkoma Rusiya vətəndaşlığı verilib.
APA “İnterfaks”a istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bununla bağlı Fərman imzalayıb.
Putinin fərmanı ilə Klaudinyo və Malkoma Rusiya vətəndaşlığı verilib.
Putinin fərmanı adıçəkilən futbolçuların Rusiya yığmasına gedən yolunu açır.