Qelebə.az / İtaliyalı baş məşqçi: “UEFA futbolçulara hörmət etmir”

İtaliyalı baş məşqçi: “UEFA futbolçulara hörmət etmir”

25-02-2023, 14:04

“UEFA belə meydançalarda oynamağa icazə verirsə, futbola və futbolçulara hörmət etmir”.

“QELEBE.AZ” xəbər verir ki, bunu İtaliyanın “Latsio” klubunun baş məşqçisi Mauritsio Sarri UEFA Konfrans Liqasının pley-off mərhələsində Rumıniya təmsilçisi ÇFR-lə səfər oyunu barədə danışarkən deyib.

Qolsuz bərabərliklə yekunlaşan matçı dəyərləndirən italiyalı mütəxəssis görüşün keçirildiyi “Konstantin Redulesku” stadionunun ot örtüyünün durumundan şikayətlənib: “Futbol oynamaq mümkün deyildi. Sadəcə, futbola bənzəyən idman növünə uyğunlaşmaq üçün əlimizdən gələni etdik”.

Qeyd edək ki, “Latsio” ilk oyunda öz meydanında qazandığı 1:0 hesablı qələbə sayəsində mərhələ adlayıb.

Geri qayıt