Qelebə.az / "Qarabağ" - "Neftçi" oyununda insident baş verib

"Qarabağ" - "Neftçi" oyununda insident baş verib

27-02-2023, 21:50

"Qarabağ" və "Neftçi" komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XXIV tur matçında insident baş verib.

"Report"un məlumatına görə, Ağdam təmsilçisinin bərabərlik qolundan sonra qonaqların qapıçısı İvan Brkiç topu rəqibə vermək istəməyib.

Bundan sonra meydan sahiblərinin futbolçuları xorvatiyalı qolkiperlə mübahisə ediblər. Ardınca isə, "ağ-qaralar"ın azarkeşləri meydana məşəl atıblar.

Qeyd edək ki, hazırda hesab bərabərdir - 1:1.

Geri qayıt