Qelebə.az / Elçin Əlicanov üçün yubiley: 100-cü oyununa çıxıb

Elçin Əlicanov üçün yubiley: 100-cü oyununa çıxıb

Bu gün, 11:11

Misli Premyer Liqasının VIII turu Elçin Əlicanov üçün əlamətdar olub.

Apasport.az xəbər verir ki, “Zirə”nin müdafiəçisi turnirdə 100-cü oyununu keçirib.

O, “Kəpəz”lə səfər matçında (1:1) meydana çıxıb. 27 yaşlı futbolçunun hesabında 3 qol var.

Elçinin debütü 2022/23 mövsümündə “Kəpəz”in heyətində gerçəkləşib. O, Gəncə klubunda 68 qarşılaşmada 2 qola imza atıb. Əlicanov “Zirə”də 32 oyunda 1 dəfə fərqlənib.

 

Geri qayıt