Qelebə.az / Misli Premyer Liqasında tamaşaçı rekordu yenilənib

Misli Premyer Liqasında tamaşaçı rekordu yenilənib

Bu gün, 10:38

Misli Premyer Liqasının VIII turu tamaşaçı sayına görə mövsümün rekordunu müəyyənləşdirib.

QELEBE.AZ xəbər verir ki, turun altı qarşılaşmasını ümumilikdə 30 800 azarkeş stadiondan izləyib.

Ən çox tamaşaçı “Kəpəz” – “Zirə” və “Qarabağ” – “Neftçi” oyunlarında qeydə alınıb. Gəncədə keçirilən və 1:1 hesabı ilə başa çatan görüşü 13 800, Ağdam və paytaxt təmsilçilərinin 3:3 hesablı heç-heçə etdiyi qarşılaşmanı isə 13 500 azarkeş izləyib. Tur üzrə orta göstərici 5 133 nəfər təşkil edib.

Bunadək rekord 24 min 512-yə bərabər idi. Bu göstərici IV turda qeydə alınmışdı.

Turun digər oyunlarında qeydə alınan tamaşaçı sayı belə olub:

Geri qayıt