“Sabah” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda III turda Dortmund “Borussiya”sı ilə üz-üzə gələcək.
Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq. Matçı ispaniyalı baş hakim Xose Arbelora Roxas idarə edəcək.
“Sabah” iki turdan sonra 3 xalla turnir cədvəlinin 22-ci pilləsində qərarlaşıb. Dortmund təmsilçisi isə eyni xalla 18-ci sıradadır.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, III tur
20:45. “Sabah” – “Borussiya Dortmund"
Baş hakim: Xose Arbelora Roxas (İspaniya)
Bakı Olimpiya Stadionu