Oktyabrın 25-26-da U-17 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək.
QELEBE.AZ xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq yarışda 83 klub və idman cəmiyyətini təmsil edən 506 cüdoçu qüvvəsini sınayacaq.
Onlardan 407-si oğlan, 99-u isə qız idmançıdır. Yarış ümumilikdə 16 çəki dərəcəsində keçiriləcək.
Qeyd edək ki, ne-vaza cüdoda yerüstü mübarizəni (parter) əhatə edən texnikalar toplusudur. Bu istiqamət üzrə hazırlıq idmançıların parterdə hücum və müdafiə bacarıqlarının inkişafına, eləcə də görüş zamanı müxtəlif taktiki vəziyyətlərə daha effektiv uyğunlaşmasına xidmət edir.